Trend BİA 2025-ci ildə Avropanın dörd aparıcı media orqanından biri kimi tanınıb (FOTO)

Siyasət

Bakı. Trend:

Trend beynəlxalq informasiya agentliyi aparıcı qlobal xəbərlərin
monitorinqi xidməti sayılan “Feedspot” xidmətinin məlumatına görə,
Avropanın ən nüfuzlu media qurumlarının reytinqində dördüncü yeri
tutub. Reytinq 2025-ci ilin avqustunda dərc edilib.

Trend xəbər verir
ki, “2025-ci ildə Avropanın ən yaxşı 25 xəbər saytı” illik
icmalında “Feedspot” Trend-i “Euronews”, “European Newsroom” və “POLITICO Europe” ilə birlikdə Avropanın ən yaxşı dörd media orqanı
sırasına daxil edib.

Reytinq tərtib olunması zamanı məzmunun aktuallığı, nəşrlərə
inam səviyyəsi, abunəçilərin sayı və auditoriyanın əhatə dairəsi
kimi meyarlar nəzərə alınıb. Siyahı media, texnologiya və əlaqəli
sahələr üzrə onlarla mütəxəssisdən ibarət qrup tərəfindən tərtib
edilib.

Trend BİA-dan başqa, ilk onluğa “EU Reporter”, “DW”, “France 24
Europe”, “Euractiv”, “EUobserver” və “AP News Europe” daxil
olub.