“Bu mənim Bakıya ilk səfərimdir. Əməkdaşlığımızın genişləndirilməsi üçün gözəl bir şans əldə etdik. Azərbaycan energetika sahəsində uğurlu tərəfdaşdır”.
“Report” xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində təşkil olunan mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson söyləyib.
O bildirib ki, cənub-şərqi Avropa ölkələrinə Cənubi Qaz Dəhlizi gözəl töhfədir. Hazırda enerji bazarında sıxıntı və qiymətli artım müşahidə olunur. Yaxın gələcəkdə bu boru kəmərinin imkanlarını genişləndirmək düşünülür. Xüsusilə, Qərbi Balkan istiqamətində genişləndirməklə bağlı müzakirələr aparılır.