Türkiyənin Səhiyyə naziri Fahrettin Koca koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın vəziyyəti ilə bağlı danışıb.
Səhiyyə naziri bu barədə “Twitter” hesabında yazıb.
“Omikron” ştammının sürətlə yayıldığı bu dövrdə yüngül simptonlarla bağlı cənab Prezidentimiz və dəyərli həyat yoldaşı Əminə Ərdoğan üçün keçirilən COVID-19 testi müsbət çıxıb. Sağlamlıq vəziyyətləri fəaliyyətlərinə əngəl yaratmayacaq qədər yaxşıdır”, – deyə nazir bildirib.
Omicron varyantının hızla yayıldığı bu dönemde, hafif belirtiler üzerine Sn. Cumhurbaşkanımız ve değerli eşleri Emine Erdoğan için yapılan Covid-19 testi pozitif çıktı. Sağlık durumları çalışmalarını aksatmayacak kadar iyi. Kendilerine tekrar geçmiş olsun dileklerimizi sunuyorum. pic.twitter.com/LnOBr3CGHz
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) February 5, 2022