
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddinlə
görüşüb.
Trend xəbər verir ki, bu
barədə səfir “X” sosial media hesabında paylaşım edib.
Qasım Mohuiddin Hikmət Hacıyevi Vaşinqtonda Azərbaycan və
Ermənistan arasında sülh sazişinin paraflanması və regional
əlaqələrdə müsbət irəliləyişlər münasibətilə təbrik edib.