
Bakı. Trend:
Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlər,
çağırışlar, mülahizələr var, lakin onların etibarlılığı hələ də
yoxlanılmalıdır.
Trend
Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş
naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində belə
deyib.
O bildirib ki, qarşıdan gələn seçkilərdə vətəndaşlar sülh və
qeyri-sülh arasında seçim etməlidir.
“Hakimiyyət Azərbaycanla sülh sazişinin mümkün qədər tez
imzalanması və ratifikasiyası üzərində işləyib, gündəlik işləyir və
çalışacaq”, – deyə Nikol Paşinyan yekunlaşdırıb.