Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə “Twitter”də paylaşım edib.
Azərbaycan XİN-nin paylaşımında bildirilib ki, bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
“Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!” – paylaşımda qeyd edilib.
Today marks 3️⃣0️⃣th Anniversary of the establishment of diplomatic relations between #Azerbaijan & #Ukraine. We send our best wishes to the Government & People of friendly Ukraine on this occasion. We look forward to further strengthening of our strategic partnership! ????? pic.twitter.com/z7b4UPVaPU
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) February 6, 2022