ABŞ ilə sıx əlaqələr Azərbaycan üçün məntiqli addımdır – Fariz İsmayılzadə

Siyasət

Bakı. Trend:

ABŞ ilə daha sıx əlaqələr Azərbaycan üçün məntiqli addımdır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Deutsche
Welle-yə müsahibəsində deyib.

“Bizim məqsədimiz müstəqil olmaqdır. Biz Qərbin marionetası
olmaq üçün Rusiyadan ayrılmaq istəmirik”, – o qeyd edib.

Onun sözlərinə görə, indiki geosiyasi şəraitdə Azərbaycan həm
Mərkəzi Asiya, həm də Türkiyə ilə yeni ittifaqlar qurur.

“Rusiya digər sahələrlə məşğuldur. Bizim digər ölkələrlə
diplomatik əlaqələri gücləndirmək üçün daha çox imkanlarımız var –
o cümlədən Qarabağdakı uğurlarımız sayəsində”, – deputat əlavə
edib.