
Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh prosesini
müzakirə ediblər.
Trend xəbər verir ki, bu
barədə Emmanuel Makron “X” sosial şəbəkə hesabında məlumat
verib.
“Biz 8 avqustda Prezident Trampın təşəbbüsü ilə Ermənistan və
Azərbaycan arasında keçirilən görüşlə bağlı ümidlərimizi qeyd
etdik. Tərəqqinin davam etməsi və bütün sərhədlərin açılmasına və
regional əməkdaşlığın güclənməsinə səbəb olması vacibdir”, – o
yazıb.
Bundan əlavə, dövlət başçıları Fransanın iddialı ikitərəfli
gündəm üzərində işləməyə hazır olduğunu təsdiqləyiblər.