
Laçın.Trend:
Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinə
böyük əhəmiyyət veririk.
Trend xəbər
verir ki, bunu Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq
konfransda Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş
Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş deyib.
Onun sözlərinə görə, qanunun aliliyi, əsas hüquq və azadlıqların
təminatı, hakimiyyət bölgüsü kimi prinsiplər müasir
konstitusiyaların əsasını təşkil edir.
“Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi
münasibətilə sizi ən xoş arzularımla təbrik edirəm. Azərbaycan
xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin institusional
təminatı olan Konstitusiyanın 30 illik yubileyi təkcə Azərbaycan
üçün deyil, dost və qardaş ölkələr kimi bizim üçün də mənalı və
qürurverici bir hadisədir.
Türkiyə Cümhuriyyəti Prokurorluğu olaraq dost ölkələrin,
xüsusilə Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə
mübadiləsinə böyük əhəmiyyət veririk. Ortaq hüquq mədəniyyətimiz,
oxşar konstitusiya yanaşmalarımız, qarşılıqlı etimad bu
əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır”.
Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının Baş
Prokurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil
Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq
konfrans keçirilir. Baş prokuror Kamran Əliyev, MDB-yə üzv
dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı
katibi Yuri Nikolayeviç Jdanov və ounun müavini Abduraxmon
Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş
Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar,
eləcə də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıq
idarəsinin prokuroru Temur Tsindeliani və digər qonaqlar iştirak
edirlər