Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfrans keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət

Bakı.Trend:

Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən
“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan
Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans
keçirilib.

Trend xəbər
verir ki, konfransda Baş prokuror Kamran Əliyev, Laçında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov,
MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının
icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon
Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş
Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar,
eləcə də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıq
idarəsinin prokuroru Temur Tsindeliani və digər qonaqlar iştirak
ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il
ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.