“Caliber”: Dünyanın səssiz qaldığı soyqırımının xronikası – VİDEO

Siyasət

“Caliber”in növbəti buraxılışı son günlər ermənilərin guya Qarabağdakı xristian abidələrinin məhv edilməsi barədə səsləndirdikləri cəfəng iddialara həsr olunub.

Bu barədə layihənin “Youtube” kanalında video yayımlanıb.

Ermənilər həmişə olduğu kimi indi də ərazidəki alban tarixinə dair abidələri özlərinin adına çıxarmağa çalışır. Bundan əlavə, Ermənistan Qarabağda yaşayış məskənlərimizə və tarixi-mədəniyyət abidələrimizə qarşı törətdiyi vəhşilikləri qəbul etmək istəmir.

Layihə müəllifləri qeyd edir ki, ermənilər işğal illərində də dəfələrlə müxtəlif bəhanələrlə ekspertləri həmin ərazilərə buraxmaq istəməyiblər. Azərbaycan öz ərazilərini azad etdikdən sonra isə törədilmiş vəhşiliyin miqyasını aydın şəkildə bütün dünyaya çatdırmaq mümkün olub.

Ətraflı videoda:

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir