İlham Əliyevdən serbiyalı həmkarına təbrik məktubu

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev serbiyalı həmkarı Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb. 

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dinamik inkişaf yolunda olan Azərbaycan-Serbiya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir.

İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir