Danimarkalı səyyah: “Regionda vəziyyətin necə olduğunu görmək istəyirəm”

Siyasət

“Bu regionda sülhün bərqərar olması vacibdir”.

Bunu “Report”a Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan 20 ölkənin tanınmış səyyahlarından ibarət qrupun üzvü, danimarkalı səyyah Qustav Sorensen bildirib.

“Regiona dinc gələcək arzu etdiyimə görə bura gəlmişəm və burada vəziyyətin necə olduğunu görmək istəyirəm”, – o deyib.

Q.Sorensen dünyanın 170 ölkəsində olduğunu və Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib. Daha əvvəl o, 2015-ci ildə Bakıda olub.

On beş mindən çox üzvü olan “NomadMania” turist qrupunun yaradıcısı, Böyük Britaniya təmsilçisi Harri Mitsidis işğaldan azad edilmiş ərazilərə səfəri zamanı gördükləri və təəssüratları barədə bölüşmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, bu səfərin məqsədi azad edilmiş ərazilərdə nələrin baş verdiyini görmək, onun tarixini, həmçinin bərpa və inkişaf planlarını öyrənməkdir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir