“Mən burada ilk dəfə bir neçə ay əvvəl olmuşdum. İkinci dəfədir ki, Şuşa şəhərinə gəlirəm”.
Bunu AZƏRTAC-a müsahibəsində Portuqaliyadan olan səyahətçi Luik Dos Santos Pedras deyib.
Şəhərin qarlı olan zaman daha çox gözəl göründüyünü bildirən dünyaşöhrətli səyyah qeyd edib:
“Buranın mistik, gözəl aurası var. Şəhərdə gedən tikinti işlərinin və dağıdılmış binaların bərpasının şahidi olduq”.