Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloqerlər və səyyahlarla görüşüb.
Bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.
“Üç günlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloqerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
Very pleased to meet with #Nomadmania travellers and bloggers group who visited all libarated territories within 3 days long intense schedule. We talked about post conflict develioments in the South Caucasus, Azerbaijan’s agenda of peace and prospects of normalization w/Armenia. pic.twitter.com/ar2Hjpfnnj
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 18, 2022