“Hamımızın qarşılıqlı hörmətə, əməkdaşlığa ehtiyacı var. Biz Cənubi Qafqazda əməkdaşlığın nümunəsinə çevrilməliyik”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov İrəvanda Avronest Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.
“Bizim təklif etdiyimiz format bölgənin inkişafı, təhlükəsizliyidir. Biz böyük iqtisadi əhəmiyyətə sahib layihələr təklif edirik. Münaqişə bitdikdən sonra Azərbaycan Ermənistanla olan sərhədlərin demarkasiyasına hazır olduğunu bildirib. Bu məsələdə Ermənistandan bizə müsbət siqnallar verilib”, – deputat bildirib.