Əliyev-Putin görüşü: Liderlərin mesajları – OPERATİV ŞƏRH

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüş keçirdi.

Görüşün mətbuat üçün açıq olan hissəsində liderlər ikitərəfli münasibətlərin inkişafına dair önəmli mesajlar verdilər:

1. Putin Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfəsindən danışıb;

2. İlham Əliyev Rusiyanın 44 günlük müharibənin bitməsindəki roluna toxunub. Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında aparıcı rol oynadığını dedi;

3. Putin yeni imzalanacaq sənədin Azərbaycan-Rusiya əlaqələrində yeni mərhələ başladacağını bildirdi.

Bakı-Moskva əlaqələrinə yeni dinamika verilməsi zərurəti meydana çıxır, bunu isə Cənubi Qafqazdakı yeni reallıq şərtləndirir.

Cənubi Qafqazdakı cari situasiya regional təhlükəsizliyin gələcəyinin dayanıqlı sülh və sabitlik üzərində bərqərar olması üçün fürsətlər təqdim edir.

Bu fürsət daha çox Ermənistan üçün şansdır, indi Ermənistan qarşısında çağırış durur ki, o, işğal niyyətlərindən əl çəksin, Azərbaycanla əlaqələrini normallaşdırsın və sülh müqaviləsinə imza atsın.

Bunun üçün İrəvan ilk növbədə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməlidir.

Vladimir Putin İlham Əliyevlə görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Rusiyanın oynadığı roldan danışması da İrəvana xəbərdarlıq kontekstində nəzərdən keçirilə bilər.

Onun postmünaqişə dövründə mübahisəli məsələlərin olduğunu qeyd etməsi, ardınca, prosesin sülh yolu ilə həlli üçün hər şeyi edəcəyini bildirməsi belə deməyə əsas verir.

Hesab etmək olar ki, Rusiya bundan sonra Ermənistana öhdəliklərin icrası üçün daha çox təzyiq göstərəcək, çünki Azərbaycanla münasibətlərin xarakteri Moskvanı Bakı ilə daha da yaxınlaşdırır.

Azərbaycanla Rusiya arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə imzalayacaq.

Bununla da münasibətlər keyfiyyətcə yeni reallığın ruhuna uyğunlaşdırılacaq.

Bu sənəd Azərbaycanla Rusiya arasında qarşılıqlı əməkdaşlıq potensialını artıracaq.

Sənəd ikitərəfli münasibətlərdə qarşılıqlı fəaliyyətin vacib aspektlərini özündə ehtiva edəcək.

Bununla da:

– İqtisadi əlaqələr güclənəcək;

– Siyasi münasibətlər yeni inkişaf yoluna qədəm qoyacaq.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir