Almaniya federal hökuməti Rusiyanın “DXR” və “LXR” tanımasına cavab olaraq Rusiyanın “Şimal axını-2” qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırır.
Bu barədə Almaniya Kansleri Olaf Şolts irlandiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Biz vəziyyəti yenidən qiymətləndirməliyik, xüsusilə də “Şimal axını-2” ilə əlaqədar. Bu texniki səslənir, amma bu, zəruri administrativ addımdır. Kəmərin sertifikasiyası olmayacaq və bu olmadan “Şimal axını-2” əməliyyata başlaya bilməz”, – deyə O. Şolts bildirib.
Mənbə: Unian