23-28 Fevral 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri Azərbaycana səfər edəcəklər.
Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Xocalı faciəsinin 30 illiiyi ilə əlaqədar tədbirlərə qatılacaq, müxtəlif QHT-lərlə görüş keçirəcəklər.
Eyni zamanda Srebrenitsa QHT-lərinin təmsil olunduğu nümayəndələrin işğaldan azad olunmuş ərazilərə də səfəri nəzərdə tutulub.