366-cı motoatıcı alayın Xocalı soyqırımındakı rolu ilə bağlı sənədli film hazırlanıb – VİDEO

Siyasət

“Vmedia” “YouTube” kanalı 366-cı motoatıcı alayın Xocalı soyqırımındakı rolundan bəhs edən yeni videomaterialını təqdim edib.

Sənədli filmdə Bakıda və İrəvanda yerləşdirilən sovet qoşunlarının hələ də vahid mərkəzə – Moskvaya tabe olduğu bir vaxtda 366-cı alayın, faktiki olaraq hələ Sovet İttifaqı dönəmində erməni separatçılarının və terrorçularının əlinə keçməsinə dair sensasion sübutlar təqdim edilir.

Əsas sübutlardan biri zabit-desant Viktor Şevçenkonun 366-cı alayın daxil olduğu 23-cü diviziyanın çap orqanı olan “Sovet döyüşçüsü” qəzetində 26 mart 1992-ci ildə dərc edilmiş “Çıxış-366” adlı məqaləsidir. Məhz bu məqaləyə görə general-leytenant İ.Oqanyan (Zaqafqaziya Hərbi Dairəsinin komandirinin müavini) martın 26-da çap olunan bütün tirajın məhv edilməsi haqqında əmr verib.

Filmdə 366-cı alayın keçmiş komandiri, polkovnik Yuri Zarviqorovla telefon danışığının səs yazısı da var. Onun “Vmedia”nın Moskvadakı ştatdankənar müxbirinə dediklərini filmə baxmaqla öyrənə bilərsiniz.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir