Moskva ilə Bakı arasında qarşılıqlı müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının həyata keçirilməsi üçün əlavə imkanlar yarada bilər.
Bu fikri çərşənbə günü TASS-a müsahibəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan deyib.
“Ümid edirik ki, Rusiya və Azərbaycan arasında imzalanmış bəyannamə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı bəyanatların bəndlərinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq və Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun himayəsi altında hərtərəfli həllinə töhfə verəcək”, – Hunanyan bildirib.
O əlavə edib ki, Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətləri iki ölkə xalqları arasında çoxəsrlik dostluğa əsaslanır.
“Əməkdaşlığımız digər ölkələrlə münasibətlərdən asılı deyil. O, şərtlə ki, digər ölkələr də Rusiya ilə əməkdaşlığını Ermənistan – Rusiya ittifaqının zərərinə inkişaf etdirməsin”, – deyə o, izah edib.
Mənbə: TASS