Aİ: “Rusiya üçün ağır nəticələrə səbəb olacaq tədbirlər planlaşdırırıq”

Siyasət

Avropa İttifaqı (Aİ) liderləri Rusiyanın Ukraynaya daxil olmasından sonra, ona qarşı tədbirlərin müzakirəsinə başlayacaqlar.

Bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin birgə bəyanatında deyilir.

“Mişel Avropa Şurasının təcili fövqəladə iclasını çağırıb. Aİ liderləri bu gün böhranı və Rusiya üçün ağır nəticələrə səbəb olacaq gələcək məhdudlaşdırıcı tədbirləri müzakirə edəcəklər”, – deyə sənəddə qeyd olunur.

Sənəddə bildirilir ki, bu tədbirlər transatlantik tərəfdaşlarla razılaşdırılaraq həyata keçiriləcək.

Mənbə: RİA Novosti

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir