Kiyev üzərində hərbi təyyarələr uçur, mərkəzi magistrallarda tıxaclar yaranır, insanlar təşviş içindədir, mer Vitali Kliçkonun bu qədər uzun müddət hazırlaşdığı təxliyədən söhbət belə gedə bilməz, heç kim nə edəcəyini bilmir. Yanacaqdoldurma məntəqələri bağlıdır, maşınlara yanacaq doldurmaq demək olar ki, mümkün deyil. Mən Svyatoşinski rayonunda yaşayıram, Julyanı hava limanından çox da uzaq deyil, burada hələ də sakitlikdir, lakin Borispol hava limanının yaxınlığında partlayışlar olduğu barədə məlumatlar var. Mənim rəfiqəm Dneprdə yaşayır, deyir ki, şəhər aeroportu atəşə tutulub.
Bu barədə Oxu.Az-a ukraynalı politoloq Nataliya Belous danışıb.
Onun sözlərinə görə, Ukrayna paytaxtında mobil rabitə və internetlə bağlı ciddi problemlər mövcuddur:
“İnsanlar gözlənilən hücum barədə xəbərdar olub heç nə etməyən ölkə hakimiyyətini hər şeydə günahlandırırlar. Xalq bankomatlara və marketlərə hücum edir”.
N.Belous bildirib ki, Ukraynanın hazır olmadığının üzə çıxdığı müharibə başlayıb.
“Heç bir proqnoz vermək istəmirəm. Ancaq aydındır ki, bizim ölkəmiz artıq əvvəlki kimi olmayacaq”, – deyə N.Belous qeyd edib.
Nair Əliyev