Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.
Oxu.Az xəbər verir ki, Hikmət Hacıyev Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.
“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli azərbaycanlı əsirlər üçün konslager/işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4 000 azərbaycanlı itkin düşüb”, – o qeyd edib.
Mass grave site according to eye witnesses account of former Azerbaijani POWs identified in ex-occupied Edilli village. Edilli used as concentration/torture camp for Azerbaijani POWs and captured civilians by Armenian forces. 4000 Azerbaijanis still missing since I Karabakh war. pic.twitter.com/xLzIYD2OsF
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 24, 2022