Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfərə gəlib.
Oxu.Az-ın xəbərinə görə, N.Stefanoviç Bakıda “Four Season” hotelində jurnalistlərin qarşısına çıxıb.
Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan silahlı bölmələri Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatlar törədib.
Ermənistan Azərbaycan Ordusunun mövqelərinə basqına cəhd etsə də, adekvat cavab tədbirləri ilə geri oturdulub.
Bundan sonra isə məlum olub ki, Ermənistan Tovuz döyüşlərində Serbiyadan aldığı silahları Azərbaycana qarşı yönəldib. Bu, Azərbaycan tərəfinin etirazına səbəb olub.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
O, Tovuz döyüşlərində Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib.
A.Vuçiç vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.
Aqşin Kərimov