Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, dövlət katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.

Onlar həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir