İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin dəfninə əklil göndərdi – YENİLƏNİB + FOTO

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib.

Oxu.Az-ın məlumatına görə, əklil Xalq artistinin məzarı önünə qoyulub.

Qeyd edək ki, Xalq artisti 92 yaşında vəfat edib.

09:52

Xalq artisti Əlibaba Məmmədovun dəfn yeri məlum olub. 

Mədəniyyət Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti bu gün saat 13:00-da I Fəxri Xiyabanda dəfn olunacaq. 

Qeyd edək ki, Xalq artisti ötən gün vəfat edib.

O, 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

Xatırladaq ki, bir müddət əvvəl Xalq artistinin oğlu Seyran Məmmədov da vəfat edib.

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir