Hikmət Hacıyevdən Xocalı paylaşımı: “Atası gözlərinin qarşısında öldürülüb” – FOTO

Siyasət

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Xocalı faciəsi ilə bağlı paylaşım edib.

H.Hacıyev “Twitter” hesabındakı paylaşımda 30 il əvvəl Xocalıda əsir düşən Ləfxanım Mahmudova yaşadığı dəhşətləri xatırladıb.

“Bu gözlər çox şeylərin şahidi olub! Plakatdakı foto Xocalı soyqırımından sağ çıxan Ləfxanıma aiddir. O, 9 yaşında ikən 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşiliklərdən azərbaycanlı jurnalistə danışıb və bunlar lentə alınıb. Atası gözlərinin qarşısında öldürülüb. O, bu xatirələri unuda bilmir”, – deyə H.Hacıyev bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir