Azərbaycanlılarla birlikdə Türkiyə vətəndaşları da təxliyə olunur – RƏSMİ + VİDEO

Siyasət

“Ukraynadakı vəziyyətlə əlaqədar bu gün daha 174 Azərbaycan vətəndaşı Bakıya gətiriləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, bu, artıq dördüncü çarter reysi olacaq:

“Xarkovdan həyata keçiriləcək təxliyə prosesində Türkiyə vətəndaşları da iştirak ediblər. Xarkovdan Moldovaya gələn qatarda soydaşlarımızla yanaşı 185 türk vətəndaş olub”.

XİN rəsmisi əlavə edib ki, təxliyə prosesi birbaşa prezident İlham Əliyevin nəzarətindədir. 

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir