“Ukraynada müharibə başlayandan orada yaşayan azərbaycanlıların Moldovaya, Polşaya, Slovakiyaya, Rumıniyaya, Macarıstana keçidi üçün şərait yaradılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, 4 minə yaxın azərbaycanlı sərhədi keçib:
“Hazırda hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir. Bununla bağlı diplomatik nümayəndəlik, fəxri konsullarımız Ukrayna hökuməti ilə əlaqə saxlayıb. Ən təhlükəsiz nəqliyyat növündən istifadə edərək soydaşlarımızın təxliyəsi həyata keçirilir”.
İlhamə Əbülfət