Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 5-də Azərbaycana gəlir.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Daha sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.