“Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 5 milyard dollara çox yaxındır. Qarşılıqlı investisiyalar sahəsində də göstəricilər yaxşıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib
O bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 19,3 milyard dollar, Türkiyənin Azərbaycana yatırdığı sərmayələrin həcmi 13,2 milyard dollar həcmində müəyyən edilir.
“Bu istiqamətdə daha böyük rəqəmlərin şahidi olacağıq”, – deyə nazir əlavə edib.