Rusiya-Ukrayna müharibəsi: Azərbaycanla Türkiyə hərbi əməkdaşlığı dərinləşdirir – ŞƏRH

Siyasət

Azərbaycanla Türkiyə arasında bir ölkənin suverenliyinə təhlükə yaranacağı təqdirdə qarşılıqlı hərbi yardımın forma və ölçülərinin mexanizmləri hazırlanır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

Türkiyə baş diplomatının açıqlaması postsovet məkanında baş verən hadisələrin Azərbaycan-Türkiyə ikilisinə sıçramaması üçün hərbi immun sisteminin gücləndirilməsi anlamını verir.

Bundan sonra Azərbaycanla-Türkiyə arasında hərbi əməkdaşlıq dərinləşəcək və Azərbaycanda yeni hərbi hissələrin yaradılması gözlənilir.

Bağlı qapılar arxasında Türkiyədən Azərbaycana yeni silahların tədarükü məsələsinin də müzakirə olunduğu haqqında fikir yürütmək mümkündür.

Rusiya-Ukrayna müharibəsinin nəticələri təhdid elementlərini aradan qaldırmayacaq, bu baxımdan Azərbaycanla Türkiyənin gözlənə biləcək təhlükələr fonunda strateji müttəfiqliyinə yeni məzmun yükləməsi başadüşüləndir.

Əməkdaşlığın dərinləşməsi Azərbaycan-Türkiyə dəniz qüvvələri arasında da yeni fəaliyyət mexanizmi yarada bilər.

Çavuşoğlunun açıqlamasından belə başa düşülür ki, Türkiyə Azərbaycanda hərbi iştirakını gücləndirmək istəyir.

Bunun isə mümkün hədəfləri:

1. Türkiyə bir daşla iki lövhəni vurur. Həm Cənubi Qafqazda yarana biləcək təhlükələrə qarşı möhkəmlənir, həm də Azərbaycanın təhlükəsizliyi üçün yeni zəmanət təqdim edir,

2. Azərbaycan isə özünün hərbi strategiyasını yeni düzənə uyğunlaşdırır və gələcəkdə Türkiyəyə qarşı hər hansı təhdidi dəf etmək planlarında aktiv iştirak edəcək.

Bu, Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin dünya nizamının öz oxundan çıxarılması cəhdlərində Azərbaycan və Türkiyənin daha təhlükəsiz mühitdə qərar tutmasına hesablanıb.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir