“Türkiyə şirkətləri Qarabağda sərmayələr qoyurlar və bu işdə çox fəaldırlar”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə edib. O bildirib ki, gələcəkdə Türkiyənin rezidentlər müəssisələri Qarabağda fəal iştirak edəcəklər.
“Ümid edirik ki, onlar Qarabağın dirçəldilməsi işində aktiv olacaqlar”, – deyə Ceyhun Bayramov əlavə edib.