Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Ukrayna xalqına dəstəyini ifadə edib.
Bununla bağlı Türkiyənin birinci xanımı videomüraciət yayımlayıb.
“Dəyərli Ukrayna xalqı sizlərə Türkiyə xalqının ən səmimi sevgi və hörmətini çatdırıram. Ukraynaya edilən hücumlara görə böyük məyusluq hissi keçirdiyimi bilməyinizi istəyirəm. Türkiyə olaraq hadisələri yaxından izləyirik. Ukraynanın gözəl insanları Türkiyə xalqının dualarındadır. Allahdan qısa zamanda sülh mühitinə qovuşmağınızı və tək bir canın belə zərər görməməsini istəyirik. İllərdir dünyanın bir çox yerlərində davam edən müharibə və atışmaları dayandırmağa səy göstərərkən indi Ukraynanın eyni təcrübədən keçməsi söndürmək istədiyimiz atəşi daha da alovlandırdı. Halbuki tarix səhifələrimiz kifayət qədər müharibə və gözyaşı ilə doludur. Müharibənin ağır nəticələrini isə hamımız bilirik”, – deyə Əminə Ərdoğan qeyd edib.