Ermənistan XİN: “Azərbaycanla sülh müqaviləsinin imzalanması gündəlikdəki prioritet məsələlərdəndir”

Siyasət

“Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində duran prioritet məsələlərdən biridir”.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

“Ermənistan Respublikası hökuməti ölkə və region üçün dinc inkişaf dövrünün açılması strategiyasını qəbul edib və təbii ki, bu istiqamətdə addımlar atmağa hazırdır. Digər tərəfdən, regional kommunikasiyaların açılması da prioritetlərdən biridir və bu istiqamətdə də konkret addımlar atılır”, – deyə o bildirib.

Mənbə: TASS

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir