Valentina Antonenko: “İrpendə akademik Zərifə Əliyevanın adını daşıyan orta məktəbin binasını qoruya bildik”

Siyasət

İrpen şəhərində dəhşətli kabus yaşadıq, ancaq son ana qədər məktəbin binasını qoruya bildik.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 nömrəli orta məktəbin direktoru, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilən Valentina Antonenko məlumat verib.

Artıq İrpen şəhərindən təxliyə olunduqlarını deyən Valentina Antonenko bildirib ki, müvəqqəti yaşamaq üçün Kiyevdən Ukraynanın qərb bölgəsinə gedəcək.

Qeyd edək ki, son günlər Kiyev vilayətinin İrpen şəhərində Ukrayna və Rusiya silahlı qüvvələri arasında ağır döyüşlər gedir. Şəhərin əhalisi humanitar dəhliz vasitəsilə təxliyə edilir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir