Rusiya-Ukrayna müharibəsi çox dəngələri DƏYİŞƏCƏK

AKTUAL Dünya Siyasət

ABŞ Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırmasından sonra digər aparıcı ölkələrdə də uçot stavkası dəyişdirilməkdir. FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb.

ABŞ-dakı qərardan sonra İngiltərə Bankı da uçot dərəcəsini 0.5 faizdən 0.75 faizədək artırıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən Böyük Britaniyada inflyasiya səviyyəsinin yayadək 8 faizədək yüksələcəyi gözlənilir.

Avropa Mərkəzi Bankı uçot stavkasının artırılmasına tələsməsə də belə avrozonada aylıq inflyasiya səviyyəsi ötən ay 5.9 fazədək yüksəlib. Bununla belə, ekspertlər avrozonada da uçot dərəcəsinin tezliklə dəyişdiriləcəyini istisna etmirlər.

Bu arada FED-in son qərarı dolların məzənnəsinin əksər səbət valyutalarına nisbətən yüksəldib. Rusiya-Ukrayna müharibəsi region ölkələrinin valyutalarına da təsirsiz ötüşməyib.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2022-ci il əksər ölkələr üçün inflyasiyanı tənzimləmək və milli valyutaları qorumaq baxımından heç də asan olmayacaq:

“Rusiya-Ukrayna müharibəsi hələ çox dəngələri dəyişəcək. Azərbaycan Mərkəzi Bankı ötən ilin avqust ayından etibarən uçot dərəcəsinin mərhələli artımını həyata keçirir. Sözügedən müddətdə uçot stavkası 6.5 faizdən 7.5 faizdək yüksəlib. Sonuncu dəfə dərəcə artımı bu il yanvarın 28-də qeydə alınıb.

Bununla belə, Azərbaycan Mərkəzi Bankı Ukraynada müharibə başladıqdan sonra uçot dərəcəsini dəyişdirilməsi barədə qərar verməyib. Rublun kəskin ucuzlaşması, region ölkələrinin valyuta bazarında müşahidə edilən dalğalanmalar və eləcə də qlobal inflyasiya səviyyəsinin kəskin artdığı bir dövrdə Mərkəzi Bank tərəfindən də preventiv addımların gücləndirilməsi və xüsusən uçot dərəcəsi kimi alətlərdən daha intensiv istifadə edilməsi məqsədəuyğundur”, – deyə deputat bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir