Mayın 15-də Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Qazaxıstan parlament nümayəndə heyətini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputat Könül Nurullayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər mayın 19-da başa çatacaq.