Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da keçirdiyi video müşavirədə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu bildirmiş və Nazirlər Kabinetinə müvafiq işlərin görülməsi üçün müvafiq tapşırıq vermişdi.

Avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq Prezident Fərmanı imzalandı. Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə AİH-in Müşahidə Şurasının (AİH MŞ) tərkibi təsdiq edildi.

Avqustun 14-də AİH MŞ-nin sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi və Şura üzvləri – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Şahmar Mövsümovun, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Natiq Əmirovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib.

Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Video müşavirədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar – korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlər müzakirə olunub.

Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov AİH-nin təşkilati məsələləri və funksional fəaliyyət istiqamətləri barədə çıxış edib. Müşahidə Şurasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı tapşırıqlar verib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir