Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini formalaşdırıb

Siyasət

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın tərkibini formalaşdırıb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə bildirib:

“Komissiyanın tərkibi hazırdır, hesab edirəm ki, müvafiq vaxtda işçi qrupu bu barədə açıqlama verəcək”.

Qriqoryan onu da qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan respublikada daxili siyasi vəziyyəti həll etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyib:

“Baş nazir Paşinyan bütün daxili siyasi məsələlərdə yalnız erməni xalqının iradəsinə arxalanıb. Ermənistanın guya daxili siyasi məsələlərin həlli üçün KTMT-yə müraciət etməsi barədə məlumatlar da dezinformasiyadır”.

Mənbə: TASS

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir