İspandilli jurnalist: “Bütün Nikaraqua xalqı “Qarabağ – Azərbaycandır” deyir” – VİDEO

Siyasət

Azərbaycanlı politoloq Nikaraquanın Dövlət televiziyasında Azərbaycan və ispandilli ölkələr arasında münasibətlər barədə danışıb.

Bu barədə Oxu.Az-a Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov məlumat verib.

Düşüncə mərkəzinin azərbaycanlı həmsədri, Barselona Dövlət Universitetinin magistr dərəcəsini almış, politoloq Mahir Qurbanovla söhbət zamanı jurnalist Antenor Penya Solano efirdə: “Bütün Nikaraqua xalqı “Qarabağ – Azərbaycandır” deyir”, – fikirlərini səsləndirib.

Azərbaycan və ispandilli ölkələr arasında görülən işlər və gələcəkdə daha sıx əməkdaşlıq üçün bir sıra layihələr barədə danışılıb. 

Könül Cəfərli

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir