Əfv Komissiyasının iclasları başa çatıb

Siyasət

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Oxu.Az-a açıqlamasında deyib. 

O bildirib ki, bu gün keçirilən iclasda 100-dən çox, ümumilikdə keçirilən iclaslarda cəmi 600-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May – Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

Könül Cəfərli

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir