“Caliber”: “Ermənistan Qarabağla vidalaşır” – VİDEO

Siyasət

Gözlənildiyi kimi, erməni ekspertlər Azərbaycan, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin mayın 22-də Brüsseldə keçirilmiş İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasındakı görüşə neqativ münasibət göstəriblər.

Eyni zamanda, onların danışıqlar prosesindən Rusiyanın “kənarlaşması” qorxuları diqqət çəkir.

Bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında deyilir.

“Məsələn, Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan Brüsseldəki görüşü “5 fəlakətli saat”, onun nəticəsini isə Ermənistan üçün “daha ​​bir məğlubiyyət” adlandırıb. O, bildirib ki, Qarabağın statusu məsələsi qətiyyən qaldırılmır, öz müqəddəratını təyinetmə hüququ qeyd olunmur, əvəzində Qarabağdakı etnik erməni əhalinin hüquq və təhlükəsizliyi vurğulanıb”, – deyə videomaterialda bildirlir.

Süjet müəllifləri vurğulayırlar ki, ermənilər yaxın günlərdə Ermənistan və Azərbaycanın sərhəd zonasında keçirilməsi planlaşdırılan iki ölkə sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclasında Rusiyanın iştirak etməməsindən də narahatdırlar.

Daha ətraflı videoda:

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir