Ekspert: “Şarl Mişel rəsmi Bakı və İrəvan arasında danışıqların irəliləməsində maraqlıdır”

Siyasət

“Ərazilərin minalardan təmizlənməsi, iqtisadi artım, işğaldan azad edilmiş ərazilərin sənayeləşməsi və Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir. Görünür, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iki dövlət arasında ikitərəfli danışıqlar prosesinin irəliləməsinə böyük maraq göstərib”.

Bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.

“Bu müzakirələrin təşəbbüskarı olaraq Şarl Mişel Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsinin quru yolla birləşdirilməsi üçün əlindən gələni etməlidir”, – o deyib.

Bundan başqa, ekspert Ermənistanı itkin düşmüş şəxslər haqqında məlumatları və mina sahələrinin əks olunduğu xəritələri təqdim etməyə çağırıb.

“Beynəlxalq ictimaiyyət Ermənistan hökumətinin bu məlumatları təqdim etməsini sonsuzadək gözləyə bilməz. Bütün regionu qeyri-müəyyənlik və qarışıqlıq girdabına sürükləməmək üçün Ermənistan tərəfi yubanmadan hərəkət etməlidir. Azərbaycanlı ailələr itkin düşmüş yaxınlarının harada dəfn olunduğunu bilməlidirlər. Qafqaz daha gözləməməli və beynəlxalq ictimaiyyəti narahat edən bu iki məsələni həll etməlidir”, – P.Teys əlavə edib.

Xatırladaq ki, mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir