Mərakeş nəşri İlham Əliyevlə bağlı məqalə dərc etdi

Siyasət

Mərakeşin “Asvat” qəzetinin “magazineaswat.com” elektron nəşrində şərqşünas Həşim Məmmədovun “İlham Əliyev: Erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik” sərlövhəli məqaləsi dərc olunub. 

Məqalədə Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində düşmənin məğlub olduğu Vətən müharibəsində Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi nəticəsində ölkəmizin turizm potensialını daha da artırdığı vurğulanıb. 
Bildirilir ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə – Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya, Hadruta, Kəlbəcərə, Laçına səfərləri zamanı dəfələrlə qeyd edib ki, erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. 

Mərakeş nəşri yazır ki, Qarabağın əlverişli iqtisadi-coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara, gözəl iqlimə malik olması, münbit torpağı, flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün yeni fürsətlər açıb. H.Məmmədov qeyd edir ki, Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin resurslara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “ATM 2021” beynəlxalq turizm sərgisində ilk dəfə olaraq Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub. Diqqətə çatdırılır ki, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı strategiyası hazırlanır. 

Dövlət Turizm Agentliyi “Zəfər marşrutları” konsepsiyası çərçivəsində layihələr həyata keçirməyi planlaşdırır. Artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı “yolumuzqarabaga.az” portalı yaradılıb. İşğaldan azad edilmiş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi planlaşdırılır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir