Çex Respublikasının Prezidenti İlham Əliyevi təbrik etdi

Siyasət

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox yaxşı münasibətləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir