İran XİN rəhbəri: “O, strateji münasibətinin dərinliyini göstərən missiyasına görə Azərbaycanı seçib”

Siyasət

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İran İslam Respublikasının Azərbaycan Respublikası ilə əlaqələrinə böyük əhəmiyyət verdiyini deyib.

“Mehrnews” xəbər verir ki, bu barədə o, Azərbaycana səfir təyin olunan İran Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü Seyid Abbas Musəvinin şərəfinə təşkil edilən mərasimdə danışıb:

“Qonşularımızın İranın xarici siyasətinin prioriteti olduğunu elan edəndən bəri, Azərbaycan Respublikası İran İslam Respublikası üçün vacib əhəmiyyət kəsb edir.

Musəvi Avropa və Asiyada daha sadə bir missiya seçə bilərdi, lakin o, strateji münasibətinin dərinliyini göstərən missiyasına görə, Azərbaycan Respublikasını seçib. Diplomatik sahədə təcrübəsinə əsaslanaraq əminəm ki, Bakıda fəaliyyəti daha uğurlu olacaq”.

O, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə çox yaxşı əlaqələr qurduğunu əlavə edib:

“Ümid edirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan bu mehriban dostluq əlaqələri daha da möhkəmlənəcək”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir