Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Siyasət

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən Cavid Qurbanovun əvvəlki vəzifəsini – Azərbaycan Dəmir Yolları QSC sədrliyini onun müavini Hicran Qardaşxan oğlu Valehovun icra etməsi ilə bağlı məlumat yayılıb.

Oxu.Az həmin şəxsin dosyesini təqdim edir:

Valehov Hicran Qardaşxan oğlu 1968-ci ildə anadan olub. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib və texniki elmlər namizədidir.

O, 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.

2007-2015-ci illərdə isə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

H.Valehov 2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

2016-cı ildən etibarən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

“Tərəqqi” medalı, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilib.

Qeyd edək ki, H.Valehov ailəlidir, iki övladı var.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir