Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Azərbaycan XİN özünün “Twitter” səhifəsində paylaşım edib.
Qeyd olunub ki, Azərbaycan iki ölkə arasında strateji əlaqələrin gücləndirilməsini səbirsizliklə gözləyir.